Sənədsiz daşınmaz əmlaklar araşdırılır 17 Yanvar 2020 15:57 Ölkə Bakı şəhərində 163 min sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşıb. AZƏRTAC-ın məlumatına görə, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov bu gün, yanvarın 16-da 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. Onun sözlərinə görə, digər şəhər və rayonlarda 74 min 600 sənədsiz daşınmaz əmlak aidiyyəti yerli komissiyalarda araşdırılıb. «Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb. Bu işlər cari ilin aprelinədək tamamlanacaq. Sonra müvafiq materiallar Prezident Administrasiyasına təqdim olunacaq və tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq», - Komitə sədrinin müavini bildirib. R.Şahbazovun deməsinə görə, sənədləşmə yalnız neft kontraktları ərazilərinə və infrastruktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir. Bakı Şəhər İcra Hakimiyyətindən isə «Turan» agentliyinə bildiriblər ki, paytaxtda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı rayonlar üzrə yaradılmış komissiyalar da hələ fəaliyyətini davam etdirir: «Burada evlərin neft, qaz kəmərləri üzərində, təhlükəsizlik zolaqlarında və yüksəkgərginlikli elektrik xətləri altında tikilib-tikilməməsi müəyyən edilməlidir. Hələlik, araşdırma gedir». Teqlər : #Sənədsiz,#daşınmaz,#əmlaklar,#araşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Yanvarın 20-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - MÜRACİƏT