Səudiyyə Ərəbistanı Yəmənlə atəşkəsi 306 dəfə pozdu

Səudiyyə Ərəbistanı Yəmənlə atəşkəsi 306 dəfə pozdu

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Səudiyyə liderliyindəki koalisiyanın son 48 saat ərzində atəşkəsi 306 dəfə pozduğunu açıqlayıb.

Bu barədə "Al-Masirah" saytı məlumat yayıb.

Məlumata görə, Yəmən qüvvələrinin briqada generalı Yəhya Saree bildirib ki, Səudiyyə Ərəbistanı Hudeydə şəhərəndəki müxtəlif əraziləri raket ilə vurub.

Bundan əlavə,  Səudiyyə rejimi Taiz, Sanaa, Saada, Cövf və Həcca kimi müxtəlif şəhərləri də bombalayıb. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Yəmən və Səudiyyə Ərəbistanı arasında atəşkəs əldə olunmasına nail olmuşdu. /eastnews.org /

Google+ WhatsApp ok.ru