Rusiya Gürcüstana təyyarə reyslərini bərpa etdi

Rusiya Gürcüstana təyyarə reyslərini bərpa etdi

Rusiya Gürcüstana 8 iyuldan etibarən dayandırdığı təyyarə reyslərini yenidən bərpa edib.
 
Maide.Az İHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federativ Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
 
Hələlik icazə yalnız “Rus S7” hava yolu şirkətinə verilib. Digər şirkətlərə də yaxın günlərdə Gürcüstana sərnişin daşımağa icazə veriləcəyi bildirilib.
 
Qeyd edək ki, reyslərin dayanmasına 20 iyunda Rusiya Kommunist Partiyasından olan millət vəkili Sergey Qavrilovun Gürcüstan Ortodokos Parlamanetlərarası iclasında Gürcüstan Milli Məclsinin sədrinin yerində oturması səbəb olmuşdu. Buna görə millət vəkilləri sərt etirazlar etmiş, iclas yarımçıq qalmışdı. Sergey Qavrilov isə təcili olaraq ölkəsinə geri göndərilmişdi.
 
Bu siyasi böhrana görə ölkədə aylarca kütləvi aksiyalar baş vermiş, bir neçə nazir istefa vermək məcburiyyətində qalmışdı.
 
Rusiya tərəfi isə millət vəkilinin Gürcüstandan qovulmasına görə sanksiya tətbiq edərək təyyarə reyslərini dayandırmışdı.

Google+ WhatsApp ok.ru