Rusiya 4 illiyə idman yarışlarından kənarlaşdırılır

Rusiya 4 illiyə idman yarışlarından kənarlaşdırılır

WADA Rusiyanı dopinq qalmaqalına görə dörd il müddətinə Olimpiya oyunlarından və dünya çempionatlarından kənarlaşdırıb.
 
Bu o deməkdir ki, 4 il ərzində Olimpiya oyunlarında, idman tədbirlərində Rusiyanın bayrağı dalğalanmayacaq, himni çalınmayacaq, rəsmi komandası iştirak etməyəcək.
 
Qərar dekabrın 9-da yekdilliklə qəbul olunub. Bundan öncə WADA-nın gəldiyi qənaətə görə, Moskva laboratoriya məlumatlarını saxtalaşdırıb, saxta məlumat verib, müsbət nəticəli dopinq testlərilə bağlı faylları silib.
 
WADA rəsmi məlumatı Rusiyanın Anti-Dopinq Agentliyi olan RUSADA-ya göndərəcək. /azadliq.org

Google+ WhatsApp ok.ru