Ruhani :  İslam Respublikası bu böyük faciəyə görə dərin təəssüf hissi keçirir

Ruhani : İslam Respublikası bu böyük faciəyə görə dərin təəssüf hissi keçirir

İran prezidenti Həsən Ruhani  Ukraynaya məxsus təyyarənin Tehran yaxınlığında səhvən vurulması ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib.  
 
Maide.Az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani hadisə ilə əlaqədar  bəyanat verib. 
 
H.Ruhani bildirib ki, bu faciənin bütün səbəbkarlarını müəyyənləşdirməklə əlaqədar araşdırmalar davam etməli və onun nəticəsi İran xalqı, eləcə də hadisə qurbanlarının ailələrinə açıqlanmalıdır.
 
O qeyd edib ki, hadisənin araşdırılması bu böyük faciə və bağışlanılmaz səhvin baş vermə şəraiti aydınlaşdırılana qədər davam edəcək.
 
Ruhani İran Xarici İşlər Nazirliyinə meyitlərin müəyyənləşməsi və ailələrinə qaytarılması üçün tam şəkildə əməkdaşlıq etməsi ilə bağlı göstəriş verib.
 
İranın dövlət başçısı baş verən faciəvi hadisə ilə əlaqədar hadisə qurbanlarının ailələrinə başsağlığı verib və onların dərdinə şərik çıxıb.
 
H. Ruhani Ukrayna təyyarəsinin səhvən vurulmasına səbəb olan günahkarların məsuliyyətə cəlb edəcəyinə söz verib.
 
Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz tvviter səhifəsində  hadisəyə münasibət bildirib və başsağlığı verib. 
 
 “Bir kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı. Çox narahatıq. Üzr istəyirk və öz xalqımıza, digər ölkələrdən olan hadisə qrubanlarının yaxınlarına başsağlığı deyirik.”-deyə M.C.Zərif bildirib. 
 
Xatırladaq ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı bu gün səhər bəyanat yayaraq təhqiqatın aparıldığını və ilkin nəticəyə görə,  Tehran vilayәtinin Parand şәhәri yaxınlığında qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğunu açıqlayıb. 
 
İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir: 
 
“Amerikanın prezidenti və hərbi komandanlarının İran ərazisində çox sayda nöqtəni hədəfə alacaqlarına dair təhdidlərinin ardınca və regionda hava fəaliyyətlərinin misli görünməmiş tərzdə artmasına görə, İran İslam Respublikasının Silahlı Qüvvələri ehtimal olunan təhdidlərə cavab məqsədilə ən yüksək hazırlıq səviyyəsinə gətirildilər.
 
 İranın havadan müdafiәsi İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas hərbi mərkəzinə tamamilə yaxınlaşmaq vəziyyətində və düşmən bir hədəfin uçuş forması və yüksəkliyində yerləşir ki, belə bir şəraitdə qərəzsiz insan xətasının baş verməsi nəticəsində qeyd olunan təyyarə hədəfə alınıb.
 
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bu məlumatda baş vermiş insan səhvinə görə üzrxahlıq edib, əzizlərini itirmiş ailələrin kədərilə bölüşərək, əminlik veribdir ki, İran İslam Respublikasının Silahlı Qüvvələri səviyyəsində əməliyyat proseslərində əsaslı islahatların aparılmasını izləməklə bu kimi xətaların təkrarlanmasına imkan verməyəcək və dərhal onun müqəssirini İran İslam Respublikası Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatına təqdim edəcəkdir ki, baş vermiş xətalar qanun çərçivəsində cəzalandırılsın.”
 
 
 
 

 

Google+ WhatsApp ok.ru