İraq Fransadan külli miqdarda silah alacağını bildirib

İraq Fransadan külli miqdarda silah alacağını bildirib

 İraqla Fransa arasında yeni silah tədarükü barədə danışıqlar gedir.
 
Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn açıqlama verib.
 
Bildirilib ki, baş nazir Mustafa əl-Kaziminin Parisə səfərində bu ölkədən silahın alınması müzakirə ediləcək.
 
Əlavə edilib ki, Fransa və İraq qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsindən əlavə hərbi müstəvidə də müqavilələrin həyata keçirilməsini istəyirlər.
 
Qeyd edək ki, İraqın baş naziri Mustafa əl-Kazimi ilk xarici səfəri Tehrandan sonra Vaşinqtona getmişdi.
 
İraq baş naziri növbəti səfərdə Fransaya yola düşəcək. /əl-Aləm/

Google+ WhatsApp ok.ru