İraqda ABŞ-ın hərbi bazasına raket zərbələri endirilib

İraqda ABŞ-ın hərbi bazasına raket zərbələri endirilib

İraqda ABŞ hərbi kontingentinin yerləşdiyi Əl-Taci hərbi bazası raket atəşinə tutulub.
 
Maide.Az  İQNA-a istinadla xəbər verir ki, hərbi baza Bağdadın şimalında yerləşir.
 
Katyuşalardan raket atəşinə tutulan bazada hücum nəticəsində ölənlər və ya yaralananların olub-olmaması barədə məlumat verilmir. Bazaya beş raket atılıb.
 
Qeyd edək ki, bu, ABŞ hərbçilərinin atəşə məruz qaldığı növbəti bazadır. Bazar günü İraqdakı “Balad” bazası da atəşə tutulmuşdu. Bu hərbi obyektdə də ABŞ kontingenti mövcuddur. Atəş nəticəsində xəsarət alan və ya ölən olmamışdı.

Google+ WhatsApp ok.ru