İran XİN Trampa: Heç vaxt iranlını hədələmə

İran XİN Trampa: Heç vaxt iranlını hədələmə

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti  Donald Trampa cavab verib.
 
ONA-nın Tehran bürosunun məlumatına görə,  M.C.Zərif  “twitter” səhifəsində ABŞ prezidentini heç vaxt bir iranlını hədələməyə çağırıb: “Necə ki, Makedoniyalı İsgəndər, Çingiz Xan  və digər təcavüzkarlar İranı məhv edə bilmədi, sən də heç nə edə bilməyəcəksən. Heç vaxt iranlını hədələmə”,- deyə o yazıb.
 
Qeyd edək ki, ötən gün ABŞ prezidenti bənzər bəyanat verib. “Əgər İran savaşmaq istəyirsə, bu onun rəsmən sonu olacaq. Bir daha ABŞ-ı təhdid etmə!”- deyə ABŞ prezidenti yazmışdı. 
 

Google+ WhatsApp ok.ru