İran XİN: İran ərazilərindən silah və sursatların ötürülməsi üçün heç bir şəkildə istifadə edilə bilməz

İran XİN: İran ərazilərindən silah və sursatların ötürülməsi üçün heç bir şəkildə istifadə edilə bilməz

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikası ərazisindən Ermənistana silah və hərbi texnikanın tranziti ilə bağlı medianın iddialarını təkzib edib.   

Maide.Az "Tasnim"a istinadla xəbər verir ki, Səid Xətibzadə verdiyi açıqlama zamanı bildirib ki, İran ərazilərindən silah və sursatların ötürülməsi üçün heç bir şəkildə istifadə edilə bilməz: 

"Yük maşını hərəkəti və İran İslam Respublikası ilə qonşu ölkələr arasında adi mülki malların tranziti ümumiyyətlə həmişə olub və qeyd olunan yük maşınları yalnız bu çərçivədə fəaliyyət göstərir. İran ərazilərinin silah və sursat köçürülməsi üçün istifadə edilməsinə icazə verməyəcəyik. İran İslam Respublikası malların ölkələrə daşınması və tranziti prosesini yaxından izləmək və nəzarət etməklə yanaşı, heç bir şəkildə ölkəmizin sərhədlərindən silah-sursat köçürmək üçün istifadə etməyə imkan vermir".

 

Google+ WhatsApp ok.ru