İrana gedənlərin sayı 80 faiz artıb

İrana gedənlərin sayı 80 faiz artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.
 
Dövlət Statistika Komitəsinin (DSK) mayın 17-də yaydığı məlumatda bildirilir ki, bu 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çoxdur.
 
Gələnlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri və qalan hissə də başqa ölkələrin payına düşür. 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslərdir.
 
2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə əvvəlki ilin analoji dövrü ilə müqayisədə 26,9 faiz artaraq 1636,4 min nəfərə çatıb: “Ölkə vətəndaşlarının 39,2 faizi İrana, 27,2 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 5,6 faizi isə digər ölkələrə gedib”
 
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7 , Gürcüstana gedənlərin sayı 10,6, Rusiya Federasiyasına gedənlərin sayı 6 , Türkiyəyə gedənlərin sayı isə 1,2 faiz artıb.
 
Ekspertlərin fikrincə,  Azıərbaycan vətəndaşları İrana  alış-veriş, müalicə və ziyarət məqsədi ilə gedir.
 

Google+ WhatsApp ok.ru