Rəcəb – Allahın ayı

Rəcəb – Allahın ayı

Rəcəb ayı geniş ilahi rəhmətin bəndələrə şamil olunduğu bir aydır. Bu geniş rəhmətin halımıza şamil olması üçün azacıq diqqətə ehtiyac var. Bu ay böyük bir nemətdir. Bu ayda ibadət, raz- niyaz, dua, yalvarış, namaz, oruc, salavat, yoxsullara yardım, bir sözlə, Allahı yad etməyin  başqa bir ləzzəti var. Elə bu bəs edər ki, hər kim bu ayda bir gün xalis niyyət və qəlb iştirakı ilə oruc tutarsa, Allahın razılığını qazanmış olur.
 
Bir rəvayətdə İslam Peyğəmbərindən (s) belə nəql olunur:
 
رَجَبٌ شَهْرُ اللَّهِ تَعَالَى، وَشَعْبَانُ شَهْرِي، وَرَمَضَانُ شَهْرُ أُمَّتِي
 
“Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə ümmətimin ayıdır.” 
 
O Həzrətdən soruşdular:
 
يَا رَسُولَ اللَّهِ مَا مَعْنَى قَوْلِكَ: شَهْرُ اللَّهِ؟
 
“Ey Allahın Rəsulu! “(Rəcəb) Allahın ayıdır!” – deyə buyurduğunuz sözün mənası nədir?”
 
Həzrət buyurdu:
 
لأَنَّهُ مَخْصُوصٌ بِالْمَغْفِرَةِ، وَفِيهِ تُحْقَنُ الدِّمَاءُ، وَفِيهِ تَابَ اللَّهُ عَلَى أَنْبِيَائِهِ
 
“Çünki Rəcəb ayı məğfirət və bağışlanmaya məxsus bir aydır. Bu ayda qan tökülməz  (cahiliyyət dönəmində belə bu ayda döyüşlər dayandırılardı və dörd haram aylardan biridir) və Allah Öz dostlarının günahlarını bağışlayıb tövbələrini qəbul edər...”
مَنْ صَامَهُ اسْتَوْجَبَ عَلَى اللَّهِ ثَلاثَةَ أَشْيَاءَ: مَغْفِرَةً لِجَمِيعِ مَا سَلَفَ مِنْ ذُنُوبِهِ، وَعِصْمَةً فِيمَا بَقِيَ مِنْ عُمْرِهِ، وَأَمَّا الثَّالِثَ: يَأْمَنُ الْعَطَشَ يَوْمَ الْعَرْضِ الأَكْبَرِ
 
“Hər kim bu ayı oruc tutarsa, Allah-Taala onun haqqında üç işi Özünə vacib edər:
 
1. Onun bütün keçmiş günahlarını bağışlayar;
2. Ömrünün qalan hissəsində onu günahdan qoruyar;
3. Onu böyük Qiyamət gününün susuzluğundan amanda saxlayar.”
 
Bir zəif qoca kişi Peyğəmbəri-Əkrəmdən (s) soruşdu:
 
يا رسول الله إني أعجز عن صيامه كله؟
 
“Ey Allahın Rəsulu! Mənim Rəcəb ayının hamısını oruc tutmağa gücüm çatmır.”
 
Həzrət buyurdu:
 
صُمْ أَوَّلَ يَوْمٍ مِنْهُ، وَأَوْسَطَ يَوْمٍ مِنْهُ، وَآخِرَ يَوْمٍ مِنْهُ؛ فَإِنَّكَ تُعْطَى ثَوَابَ مَنْ صَامَهُ كُلَّهُ، فَإِنَّ الْحَسَنَةَ بِعَشْرِ أَمْثَالِهَا
 
“Bu ayın birinci günü, ortancıl günü və axırıncı gününü oruc tut ki, hər bir yaxşı əmələ on qat savab verildiyi üçün, sənə də bütün ayın orucunun savabı verilər.” (“Biharul-ənvar”, c.104, səh.123.)
 
Rza Şükürlü – Maide.az

Google+ WhatsApp ok.ru