Rəcəb ayı Ayətullah Şəhid Mürtəza Mütəhhərinin kəlamında

Rəcəb ayı Ayətullah Şəhid Mürtəza Mütəhhərinin kəlamında

Rəcəb ayı tövbə, istiğfar və ibadət ayıdır. Hətta hədislərdə göstərilir ki, əgər bir kəs bu ayda oruc tuta bilməsə, məxsus bir zikr vardır ki, orucun əvəzində həmin zikri hər gün yüz dəfə təkrar etsin. Yadımdadır, bir dəfə mübarək Rəcəb ayında, Yay fəslində öz dövrünün böyük şəxsiyyət və alimlərindən olan Əllamə Hacıağa Rəhim Ərbabın dərsində iştirak etmək və ondan bəhrələnmək üçün İsfahana getmişdik. Mən bu zikri ilk dəfə ondan eşitdim. O, çox astadan danışardı, zikrləri xüsusi aramlıq və qəlb iştirakı ilə zümzümə edərdi:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏

(Subhanəl iləhil cəlil. Subhanə məl-lə yənbəğit-təsbihu illə ləhu. Subhanəl əəzzil-əkrəm. Subhanə məl-ləbisəl-izzə və huvə ləhu əhlun – “Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbih və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.”)

Əllamə Hacıağa Rəhim Ərbab bu zikri təkrar-təkrar deyərdi. Yaşlı olduğu və oruc tuta bilmədiyi üçün, orucu bu zikri deməklə əvəz edirdi.

(Əlavə olaraq qeyd etməliyik ki, Əbu Səid Xudridən belə nəql olunur: Bir gün Peyğəmbərdən (s) soruşdular:

يَا نَبِيَّ اللَّهِ فَمَنْ عَجَزَ عَنْ صِيَامِ رَجَبٍ لِضَعْفٍ أَوْ لِعِلَّةٍ كَانَتْ بِهِ أَوِ امْرَأَةٌ غَيْرُ طَاهِرَةٍ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ

“Ey Allahın Rəsulu (s)! Rəcəb ayında zəiflik və ya xəstəlik ucbatındanə oruc tutmağa aciz olanlar, eləcə də, pak olmayan qadınlar bu savaba çatmaq üçün nə etsinlər?”

Peyğəmbər (s) buyurdu:

يَتَصَدَّقُ فِي كُلِّ يَوْمٍ بِرَغِيفٍ عَلَى الْمَسَاكِينِ وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهُ إِذَا تَصَدَّقَ بِهَذَا الصَّدَقَةِ فَيَنَالُ مَا وَصَفْتُ وَ أَكْثَرَ إِنَّهُ لَوِ اجْتَمَعَ جَمِيعُ الْخَلَائِقِ عَلَى أَنْ يُقَدِّرُوا قَدْرَ ثَوَابِهِ مِنْ أَهْلِ السَّمَوَاتِ وَ الْأَرَضِينَ مَا بَلَغُوا عُشْرَ مَا يُصِيبُ فِي الْجِنَانِ مِنَ‏ الْفَضَائِلِ وَ الدَّرَجَاتِ

“Hər gün yoxsullara bir çörək versin. And olsun canımın sahibinə, əgər bu sədəqəni versə, Rəcəb ayında oruc tutan şəxsə verilən savaba, hətta daha artığına nail olacaqdır. Belə ki, bütün yaranmışlar onun savabını saymaq üçün bir yerə toplaşsalar da, Cənnətdə ona veriləcək fəzilət, məqam və dərəcələrin ondan birini hesablayıb qurtara bilməyəcəklər.”

Yenə o Həzrətdən soruşdular:

يَا رَسُولَ اللَّهِ (ص) فَمَنْ لَمْ يَقْدِرْ عَلَى هَذِهِ الصَّدَقَةِ يَصْنَعُ مَا ذَا لِيَنَالَ مَا وَصَفْتَ

“Ey Allahın Rəsulu (s), əgər bir kəs (Rəcəb ayında) sədəqə verə bilməsə, bu savaba çatmaq üçün nə etsin?”

Həzrət (s) buyurdu:

فَيُسَبِّحُ اللَّهَ عَزَّ وَ جَلَّ كُلَّ يَوْمٍ مِنْ رَجَبٍ إِلَى تَمَامِ ثَلَاثِينَ يَوْماً بِهَذَا التَّسْبِيحِ مِائَةَ مَرَّةٍ

“Rəcəb ayı hər gün (30 gün) yüz dəfə aşağıdakı zikri desin:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏

(“Əl-əmali”, Şeyx Səduq, səh.539, məclis 80.))

Heç vaxt yadımdan çıxmır, biz həmin illərdə Rəcəb ayının 25-ci günü (İmam Kazimin (ə) şəhadət günü) İsfahanın Nimavərd mədrəsəsində günortadan sonra yatmışdıq. Yuxudan ayıldıqda, Mərhum Ayətullah Hacı Mirzə Əliağa Şirazinin səsini eşitdik. Biz həmin mədrəsədə qərib idik və yalnız Yay fəslinin tətil günlərini əldən verməmək və həmin günlərdən layiqincə bəhrələnmək üçün həmin mədrəsədə müvəqqəti olaraq məskunlaşmışdıq. Həmin gün mədrəsə tələbələri İmam Kazimin (ə) şəhadəti münasibətilə Hacı Mirzə Əliağadan xahiş etmişdilər ki, mədrəsəyə gəlib tələbələrə moizə etsin. O deyirdi ki, Qiyamət günü fəryad edəcəklər: أیْنَ الرَّجَبیّون – Əynər-Rəcəbiyyun (Haradadır Rəcəb əhli)? Həmin alim özünəməxsus səs tonu və halı ilə belə deyirdi: Qiyamətdə deyəndə ki, “Əynər-Rəcəbiyyun” (Haradadır Rəcəb əhli?), biz Rəcəb ayından bəhrələnmədiyimiz və Rəcəb əhlindən hesab olunmadığımız üçün Allah-Taalanın dərgahında başımızı aşağı dikib xəcalət çəksək, nə edəcəyik, nə halda olacağıq?

Bəli, bu ay tövbə, istiğfar, ibadət və oruc ayıdır. (Məcmueyi-asar, Əllamə Şəhid Mürtəza Mütəhhəri, c.27, səh.560.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru