Rəsmi Bağdad: ‘Qasim Süleymani terroruna dair mühüm nəticələr əldə etmişik’

Rəsmi Bağdad: ‘Qasim Süleymani terroruna dair mühüm nəticələr əldə etmişik’

İraq Silahlı Qüvvələri komandanlığının nümayəndəsi dünən İraqın paytaxtı Bağdadda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymani və "Həşd Şabi" qüvvələrinin komandan müavini Əbu Mehdi Mühəndisin ABŞ tərəfindən öldürülməsiylə bağlı mühüm açıqlamalar verib.

İraq Silahlı Qüvvələri baş komandanının nümayəndəsi Əbdülkərim Xələf verdiyi açıqlama zamnı bildirib ki, general Qasim Süleymani və Əbumehdi Mühəndisin öldürülməsi ilə əlaqədar istintaq komitəsi əhəmiyyətli irəliləyişlər əldə edib: "Bu komitə digər tərəflərə dərin araşdırmalar pəncərəsi açır.

Əbumehdi Mühəndis və Qasim Süleymaninin öldürülməsi ilə bağlı istintaq İraqın hüdudlarından kənara çıxa bilər və komitənin istintaqı hələ bitməyib. İstintaq komitəsi terroru tam araşdırdıqdan sonra İraq Baş Nazirinə yekun hesabatı təqdim edəcək"./eastnews.org/

Google+ WhatsApp ok.ru