Rəd surəsini oxumağın fəziləti

Rəd surəsini oxumağın fəziləti

 “Rəd” surəsi Məkkədə nazil olmuş və 43 ayədən ibarətdir. “Rəd” sözü “göy gurultusu” mənasını ifadə edir. 
 
Surənin başlanğıcında Qurani-Kərmin haqq olması, əzəmət və böyüklüyünə işarə olunduqdan sonar, tövhid ayələri, Allahın pak zatının nişanələrini aşılayan yaradılış sirlərindən – sütunsuz göylərin yaradaılışından, günəşlə ayın Allahın əmrinə tabeliyindən, yerin genişliyi, dağ və çayların, ağac və meyvələrin xilqəti, əkin sahələrindəki qəribəliklərdən və müəyyən vaxtda gündüzün aramlıq bəxş edən gecə ilə örtülməsindən danışılır.
 
Bu mətləblərdən sonar məad və insanın yeni həyatından, böyük Allahın ədalət məhkəməsindən, insanların tövhid və məad məsələləri ilə tanışlığından sonra vəzifə və məsuliyyətlərindən, tale və müqəddəratının dəyişilməsinin öz əllərində olmasından söz açılır.
 
Növbəti ayələr insanların düşüncələrini oyadır, bəşərin əli ilə düzəldilmiş bütlərin xasiyyətsiz olması açıqlanır, insanlar təfəkkür və düşüncəyə dəvət olunur, haqla batilin tanınması üçün canlı və hamının başa düşəcəyi tərzdə misallar göstərilir.
 
Yaxşı və xeyirxah əməllər tövhid və məada imanın səmərəsi olduğundan, bu bəhslərdən sonar əhdə vafa, “sileyi-rəhm” (yaxınlara yaxşılıq), səbir və güzəşt, müqavimət, gizli və aşkar şəkildə “infaq” (Allah yolunda xərc) və qisas və intiqam hissinin aradan qaldırılması kimi mövzulara yer verilir.
 
Sonda dünya həyatının müvəqqəti və ötəriliyi, Allaha iman sayəsində həqiqi aramlığın əldə olunması, yağı və zülmkar qövmlərin, haqqı gizlədən və yaxud xalqı haqdan uzaqlaşdıranların acınacaqlı sərgüzəşti, Peyğəmbərə (s) müxalif olanların acı aqibətindən bəhs olunur.
 
Bir sözlə, “Rə`d” surəsi iman və əqidələrdən başlayıb, tərbiyəvi mövzular və yaxşı əməllərlə sona yetir.
 
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
من قرأ سورة الرعد اعطی من الاجر عشر حسنات بعدد کل سحاب مضی و کل سحاب یکون القیامة و کان یوم القیامة من الموفین بعهد الله تعالی.
 
“Hər kim “Rə`d” surəsini oxusa, Allah-Taala ona keçmişdə, indiki zamanda və gələcəkdə olan buludların miqdarından on dəfə çox savab əta edər və qiyamət günü ilahi əhdə vəfa edənlərdən olar.”
 
 (“Məcməül-bəyan”, 6-cı cild, səh.6)
 
Maide.Az 
 

Google+ WhatsApp ok.ru