Quranı dinlə - Zakirlər üçün xatırlatma

`Hud` surəsi 114-və 115-ci ayələr

114. Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən, (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.
115. Və səbir et və dözümlü ol ki, həqiqətən, Allah yaxşılıq edənlərin mükafatını zay etmir.

Google+ WhatsApp ok.ru