Qaxda partlayış: xəsarət alanlar var

Qaxda partlayış: xəsarət alanlar var

Qaxda partlayış baş verib, xəsarət alanlar var.
 
Maide/Az  "Report"a istinadən xəbər verilir ki, bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.
 
Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Hazırda hadisənin səbəbləri araşdırılır.
 

Google+ WhatsApp ok.ru