Qəzzada yaralananların sayı 77 nəfərə çatıb - YENİLƏNİB

Qəzzada yaralananların sayı 77 nəfərə çatıb - YENİLƏNİB

İşğalçı İsrail rejim əsgərlərinin Qəzza zolağlnda dinc aksiyaçılara hücumu nəticəsində yaralanan fələstinlilərin sayı 77 nəfər çatıb.
 
Maide.Az bildirir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. 
 
Qəzzadakı Fələstin etirazları ardıcıl 70 cümədir ki, davam edir. 2018-ci ildən bu yana işğalçı rejim qüvvələri dinc aksiyaçılara həqiqi güllə ilə atəş açması nəticəsində 308 fələstinli həyatını itirib.
 
 
***
İsrail rejimi əsgərlərinin Qəzzadakı Böyük qayıdış yürüşü aksiyalarına sərt müdaxilə etməsi nəticəsində 16 nəfər yaralanıb.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, Qəzzanın şərq sərhədində keçirilən "Fələstinli gənclərin cüməsi" adlanan aksiyada 16 fələstinlinin İsrail rejimi əsgərləri tərəfindən vurularaq yaralandığı bildirilib. 
 
Fələstinlilər 2018-ci ilin mart ayının 30-dan başlanan aksiyaları məqsədlərinə çatanadək davam etdiriləcəyini açıqlayıblar. 

Google+ WhatsApp ok.ru