Qəzzada şəhid olan fələstinlilərin sayı 11 nəfərə çatıb

Qəzzada şəhid olan fələstinlilərin sayı 11 nəfərə çatıb

İşğalçı İsrail rejiminin Qəzzaya hücumu nəticəsində şəhid olan fələstinlilərin sayı 11 nəfərə çatıb, onlarla  insan yaralanıb.   
 
Maide.Az xəbər verir ki, “Əl-Cəzirə” TV kanalının məlumatına görə,  sionist rejim indiyədək Qəzza zolağında 200 hədəfi bombalayıb. 
 
Məlumata görə, Qəzza müqaviməti atəşkəs sazişini pozan İsrail rejiminin qüvvələrinə cavab olaraq, sionist qəsəbələrini 350 ədəd Qrad və digər raketlərlə vurub. 
 
İsrail KİV-lərinin məlumatına görə, Fələstin Müqavimət Qüvvələrinin işğal olunmuş ərazilərə atdığı raketlər nəticəsində 58 sionist qəsəbə sakini yaralanıb. Aşkelon bölgəsinin bombalaması nəticəsində isə 1 nəfər həlak olub 
 

Google+ WhatsApp ok.ru