Putin: ‘Ciddi söhbət etməyin vaxtı çatıb’

Putin: ‘Ciddi söhbət etməyin vaxtı çatıb’

Rusiya bütün tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsinə açıqdır. Rusiya heç kimi təhdid etmir.
 
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
 
Rusiya Prezidenti qeyd edib ki, dünya düzəninin prinsipləri barədə ciddi söhbət etməyin vaxtı çatıb:
 
"Siyasi iradə, müdriklik və cəsarət göstərmək lazımdır. BMT-ni təsis edən ölkələr nümunə olmalıdır. Beş böyük nüvə dövləti dünyada sabitliyin saxlanılması üçün yeni yanaşmalar hazırlamalıdır. Rusiya bütün tərəfdaşlarla əməkdaşlığın möhkəmləndirilməsinə açıqdır. Rusiya heç kimi təhdid etmir, heç kimə öz iradəsini tətbiq etmir. Nüvə silahı tarixində ilk dəfə biz heç kimin arxasınca getmirik, əksinə, digər aparıcı ölkələr hələ Rusiyada mövcud olan silahları yaratmalıdırlar".
 

Google+ WhatsApp ok.ru