Premyer Liqanın bərpası təxirə salındı – Hələ futbol olmayacaq

Premyer Liqanın bərpası təxirə salındı – Hələ futbol olmayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının bərpası ən azı karantin dövrü bitənədək uzadılıb. 
 
Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.
 
O, çempionatla bağlı məsələdə Nazirlər Kabinetinin qərarına uyğun hərəkət edəcəklərni bildirib: “Hazırda hər yer bağlıdır. Karantin müddəti hələlik aprelin 20-dək nəzərdə tutulub. Son qərara uyğun hərəkət edəcəyik. Xüsusi karantin rejiminin müddəti artırılsa, çempionatın bərpası yubanacaq".
 
Şahgəldiyev klublara vaxt barədə heç bir məlumat verə bilmədiklərini vurğulayıb:
 
"Aprelin 20-də karantinin bitib-bitməyəcəyindən məlumatımız yoxdur. Nazirlər Kabinetinin yeni qərarı nə olacaqsa, ona uyğun addım atılacaq”.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasındakı fasilənin müddəti bu gün bitməli idi.

Google+ WhatsApp ok.ru