Pompeodan ABŞ səfirliklərinə təcili teleqram

Pompeodan ABŞ səfirliklərinə təcili teleqram

İran və ABŞ arasındakı gərginliyin davam etdiyi bir müddətdə ABŞ-ın döblət katibi Mayk Pompeo maraqlı bir bəyanatla çıxış edib.
 
CNN xəbər verir ki, o, ABŞ-ın bütün xarici nümayəndəliklərinə teleqram göndərərək, diplomatlara xüsusi icazə olmadan İranın müxalif qrupları ilə görüşməmələrini əmr edib, çünki bu, İran ilə gərginliyi daha da artıra bilər.
 
Pompeo CNN-ə verdiyi teleqramın nüsxəsində, "sürgün edilən bir çox İran müxalif qrupları dəstək almaq və nüfuzlarını artırmaq üçün mütəmadi olaraq ABŞ səlahiyyətliləri ilə görüşməyə çalışırlar", - deyə bildirilir. 
 
"ABŞ hökumətinin bu qruplarla birbaşa əlaqəsi, İranla hərtərəfli sövdələşmə aparmaq siyasətimizə əks təsir göstərə bilər", - deyə Pompeo qeyd edib. /faktxeber
 

Google+ WhatsApp ok.ru