Peyğəmbərin (s) mövludu münasibətilə  esse müsabiqəsi elan edilib

Peyğəmbərin (s) mövludu münasibətilə esse müsabiqəsi elan edilib

Tatarstanda Peyğəmbərin (s) mövludu münasibətilə  esse müsabiqəsi elan edilib. 
 
 Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı "Peyğəmbərə olan sevginizi necə ifadə edərdiniz?" mövzusunda inşa müsabiqəsi elan  edilib. 
 
Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, "Huzur" nəşriyyat evi Məhəmməd Peyğəmbərin mövluduna həsr olunmuş esse müsabiqəsi elan edib.
 
"Siz Peyğəmbərimizə öz sevginizi necə bildirərsiz?" adlı müsabiqə noyabrin 8-də keçiriləcək.
 
İştirak etmək istəyənlər rus və ya tatar dilində esse yazmalıdırlar.
 
Musabiqədə 18 yaşından yuxarı hər bir Rusiya vətəndaşı iştirak edə bilər.
 
Qaliblərin mükaftı belə təyin edilib:
 
1 ci yer - 10 min rubl
2-ci yer- 5 min rubl
3-cü yer -3 min rubl.
 
Müsabiqəyə qatılmaq üçün son gün noyabrın 6 təyin edilib.
 
Nəticələr 9 noyabrda Vkontakt-da Islam_today_ru səhifəsində elan olunacaq.
 
Qeyd edək ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
 

 

Google+ WhatsApp ok.ru