Pakistanda sel və daşqınlarda  48 nəfər həyatını itirib

Pakistanda sel və daşqınlarda 48 nəfər həyatını itirib

Pakistanda güclü yağışlar nəticəsində  baş verən sel və daşqınlarda ölkənlərin sayı 48 nəfərə çatıb. 
 
Maide.Az  “Anadolu” agentliyinə istinadla xəbər verir ki,  Pakistanın Xeybar Pahtunhva əyalətində sel və daşqınlarda  yüzlərlə ev dağılıb və çox sayda evə  ziyan dəyib. 
 
Pakistan ordusu  bögədəki bölgədəki axtarış qurtarma işlərinə qoşulub. 
 
Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi səbəbi ilə bağlanmış bəzi yaşayış məntəqələrinin yollarının təmizlənməsi davam edir.
 
Qeyd edək ki, Pakistanda şiddətli musson yağışları avqust ayında 6 gündə 63 insanın həyatına son qoyub.
 
Karaçidə 23 Avqustda yağan güclü yağışların səbəb olduğu fəlakət və qəzalarda həyatını itirənlərin sayının 47 nəfər təşkil edib. 
 
Güclü yağış səbəbiylə təcili yardım xidmətlərinin dayandığı Karaçidə, ictimai nəqliyyat xidmətləri də dayandırılıb. 
 

Google+ WhatsApp ok.ru