Oğuzda sel fəsadlara səbəb olub

Oğuzda sel fəsadlara səbəb olub

Oğuz rayonuna yağan şiddətli yağış və Qalaçay çayının daşması bir sıra fəsadlar yaradıb.

 
Maide.Az "Report"a istinadla xəbər verir ki, şiddətli yağış və kənd təsərrüfatı sahələrinin suvarılması üçün Dəymədərə kəndi yaxınlığından keçən Qalaçay çayından ayrılan qolun suyunun daşaraq kənd ərazisinə düşməsi yolları dağıdıb, həyətyanı sahələrə ciddi zərər yetirib.
 
Xüsusilə kəndin şimal hissəsində olan tərəvəzçilik, fındıqçılıq bağları su altında qalaraq dərin lil qatı ilə örtülüb.
 
Faktla əlaqədar Padar kənd icra nümayəndəliyi tərəfindən aidiyyəti qurumlara xəbər verilib. Dərhal əraziyə suvarma sistemləri idarəsinin texnikaları və canlı qüvvəsi gətirilərək təmizləmə işləri başlayıb.
 
Hazırda Qalaçayda sel təhlükəsinin qarşısının alınması üçün işlər davam etdirilir.

Google+ WhatsApp ok.ru