On minlərlə həmvətənimiz könüllü döyüşlərə qatılmaq istəyir - MN 30 Sentyabr 2020 11:41 Qarabağ xəbərləri Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəklməsinə səbəb olub. Maide.Az -ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd edilir ki, Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər: "Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür edir və döyüşlərə qoşulmaqla şəxsi heyətin yanında olmaq istəyən hər kəsə dərin minnətdarlığını çatdırır. Bildiririk ki, könüllü döyüşlərə qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə malik vətəndaşlarımız hərbi hissələrə deyil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsinlər. Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir!" Teqlər : #minlərlə,#həmvətənimiz,#könüllü,#döyüşlərə,#qatılmaq,#istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən Goranboyu artilleriya atəşinə tutur ‘Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib’
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni