Oktyabrın 1-dən Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Oktyabrın 1-dən Kiyev-Bakı aviareysi bərpa oluna bilər

Oktyabrın 1-dən etibarən "Ukraine International Airlines" (UIA) şirkəti Kiyevdən 5 beynəlxalq istiqamət üzrə uçuşlar həyata keçirməyi planlaşdırır.
 
"APA-Economics" UIA-ya istinadən xəbər verir ki, qeyd olunan tarixdən etibarən Kiyevdən Brüsselə (Belçika), Düseeldorfa (Almaniya), Londona (Böyük Britaniya), Praqaya (Çexiya) və Bakıya (Azərbaycan) uçuşlar həyata keçirilməsi nəzərdə tutulub.
 
Bundan başqa, UIA Amsterdam, London, Paris, Brüssel, Milan, Düsseldorf, Münhen və Praqa şəhərlərindən Kiyev üzərindən Dubay, Qahirə, Bakı, İstanbula tranzit reyslər təklif edir.
 

Google+ WhatsApp ok.ru