Nümayəndələr Palatası Trampa qadağa qoydu

Nümayəndələr Palatası Trampa qadağa qoydu

ABŞ Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın NATO-dan çıxmasını qadağan edən qanun layihəsini təsdiqləyib.
 
Maide.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, layihə 357 millət vəkili tərəfindən təsdiqlənib.
 
Qərara əsasən Tramp ABŞ-ın NATO-dan çıxması barədə qərar verə bilməz.
 
Maraqlısı budur ki, qanun layihəsi ABŞ Konqresinin hər iki palatasından keçməli və daha sonra prezident tərəfindən imzalanmalıdır.
 
Qeyd edək ki, Tramp ötən il dəfələrlə NATO-nun ABŞ-a “yük” olduğunu və qurumdan çıxmaq istədiyini bildirib.
 

Google+ WhatsApp ok.ru