Musəvi:  ‘İran heç bir düşmənçilik hərəkəti cavabsız qoymayacaq’

Musəvi: ‘İran heç bir düşmənçilik hərəkəti cavabsız qoymayacaq’

İran İslam Respublikası iranlılara qarşı heç bir düşmənçilik hərəkətini cavabsız qoymayacaq və zamanında istənilən ağılsız hərəkətə adekvat və qətiyyətli cavab verəcək.
 
Maide.Az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi  ABŞ qırıcılarının Mahan sərnişin təyyarəsinə hücumüna münasibət bildirərkən deyib. 
 
A.Musəvi  bir neçə sərnişinin yaralanması ilə nəticələnən iki ədəd ABŞ qırıcı təyyarəsinin Suriya səmasında İranın sərnişin təyyarəsinə qarşı təxribat törətməsini pisləyib və  bu addımı  beynəlxalq aviasiya qanununun pozulması və sülh və təhlükəsizlik üçün təhdid kimi xarakterizə edib.
 
"Heç kəs ABŞ-ın hərbi qırıcılarına sərnişin təyyarələrini yoxlamaq icazəsi verməyib və bu hərəkət həm qeyri-qanuni, həm təhlükəli həm də günahsız insanların həyatı ilə oynamaq deməkdir, xüsusilə də iddiaların əksinə olaraq, təhlükəsizlik məsafəsinə əsla riyaət edilməyib".
 
ABŞ-ın bu hərəkətinin İran tərəfindən beynəlxalq hüquqi dairələrdə gündəmdə saxlanılacağını deyən A.Musəvi bildirib ki, İran ABŞ-a quldurluqla beynəlxalq hüquq normalarını istehza etmək icazəsi verməyəcək.
 
Qeyd edək ki, iki amerikan qırıcı təyyarəsi İran sərnişin təyyarəsinin yaxınlığında təhlükəli və aqressiv manevrlər apararaq, təyyarədə olan onlarla mülki şəxsin həyatını təhlükəyə atıb.
 
Hadisə cümə axşamı günü iki qırıcının və Tehrandan çıxaraq Livan paytaxtına doğru gedən Mahan Air 1152 təyyarəsinin iştirakı ilə baş verib. İran təyyarəsi dayanmayıb, Beyruta uçuşunu davam etdirib və Livan paytaxtına etibarlı şəkildə enib.
 
IRIB News Amerika qırıcılarının manevrlərini, İran sərnişin təyyarəsinin pilotunu birdən-birə sərnişinə xəsarət yetirməsi ilə nəticələnən "təxribatçı və təhlükəli" bir hərəkət kimi izah edib.
 
 
 

 

Google+ WhatsApp ok.ru