İmam Əlinin (ə) Kumeylə tövsiyəsi

İmam Əlinin (ə) Kumeylə tövsiyəsi

İmam Əli (ə) Kumeylə tövsiyələrində belə buyurmuşdur:

 
يا كُمَيلُ، نَحنُ الثَّقَلُ الأَصغَرُ، والقُرآنُ الثَّقَلُ الأَكبَرُ، وقَد أسمَعَهُم رَسولُ اللّهِ| وقَد جَمَعَهُم فَنادى فيهِمُ الصَّلاةَ جامِعَةً يَومَ كَذا وكَذا، وأيّامًا سَبعَةً وَقتَ كَذا وكَذا، فَلَم يَتَخَلَّف أحَدٌ، فَصَعِدَ المِنبَرَ فَحَمِدَ اللّهَ وأثنى عَلَيهِ ثُمَّ قالَ: مَعاشِرَ النّاسِ، إنّي مُؤَدٍّ عَن رَبّي عَزَّوجَلَّ ولا مُخبِرٌ عَن نَفسي، فَمَن صَدَّقَني فَاللّهَ صَدَّقَ ومَن صَدَّقَ اللّهَ أثابَهُ الجِنانَ، ومَن كَذَّبَني كَذَّبَ اللّهَ عَزَّوجَلَّ، ومَن كَذَّبَ اللّهَ أعقَبَهُ النّيرانَ. ثُمَّ ناداني فَصَعِدتُ، فَأَقامَني دونَهُ ورَأسي إلى صَدرِهِ والحَسَنُ والحُسَينُ عَن يَمينِهِ وشِمالِهِ، ثُمَّ قالَ: مَعاشِرَ النّاسِ، أمَرَني جَبرَئيلُ× عَنِ اللّهِ تَعالى ـ إنَّهُ رَبّي ورَبُّكُم ـ أن اُعلِمَكُم أنَّ القُرآنَ الثَّقَلُ الأَكبَرُ، وأنَّ وَصِيّي هذا وَابنَيَّ (ابنای) ومَن خَلفَهُم مِن أصلابِهِم حامِلاً وصاياهُمُ الثَّقَلُ الأَصَغَرُ، يَشهَدُ الثَّقَلُ الأَكبَرُ لِلثَّقَلِ الأَصغَرِ، ويَشهَدُ الثَّقَلُ الأَصغَرُ لِلثَّقَلِ الأَكبَرِ، كُلُّ واحِدٍ مِنهُما مُلازِمٌ لِصاحِبِهِ غَيرُ مُفارِقٍ‏لَهُ حَتّى يَرِدا إلي اللّهِ، فَيَحكُمَ‏بَينَهُما وبَينَ العِبادِ
 
“Ey Kumeyl, biz kiçik ağır əmanət, Quran isə böyük ağır əmanətdir! Peyğəmbəri-Əkrəm (s) bunu camaata çatdırıb, onları yeddi gün müəyyən yer və müəyyən zamanda camaat namazı qılmaq üçün bir yerə topladı. O zaman hazır olmayan bir kəs qalmadı. Həzrət minbərə qalxıb, Allaha həmd-səna edəndən sonra buyurdu: “Ey camaat, mən özümdən yox, Allah tərəfindən sizə xəbər verirəm. Hər kəs məni təsdiq etsə, Allahı təsdiq etmiş, hər kəs Allahı təsdiq etsə, onu Cənnətə aparar və hər kəs Allaha qarşı yalan desə, ardınca Cəhənnəm odunu göndərər.” Sonra Peyğəmbər (s) məni öz yanına çağırdı və mən də minbərə qalxdım. O, məni öz qarşısına çəkdi və mənim başım onun sinəsi bərabərliyində, Həsən və Hüseyn də sağ və sol tərəfində idilər. Sonra buyurdu: “Ey camaat, Cəbrail rəbbim və rəbbiniz olan Allah tərəfindən mənə göstəriş vermişdir ki, sizə belə çatdırım: “Quran böyük ağır əmanət, bu, vəsi və canişinim, iki oğlum, onlardan sonra onların nəslindən olan vəsilər isə kiçik ağır əmanətdir. Böyük ağır əmanət kiçik ağır əmanətə və kiçik ağır əmanət isə böyük ağır əmanətə şahiddir. Onlar həmişə birgədir və Allaha qovuşana qədər bir-birindən ayrılmayacaq. Nəhayət, Allah-Taala onlarla bəndələri arasında hökm kəsəcəkdir.” (“Bəsairud-dərəcat”, səh.414, hədis 6.)
 
Maide.Az - Maarif bölümü

Google+ WhatsApp ok.ru