Məhkəmə Şeyx Zəkzəkinin iddiasını rədd etdi

Məhkəmə Şeyx Zəkzəkinin iddiasını rədd etdi

Kaduna Dövlət Ali Məhkəməsi Nigeriya İslam Hərəkatının (İMN) lideri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşı Malama Zinətin mühakimə olunduqları ittihamlara görə qarşı tərəfin sübut təqdim etməməsi ilə bağlı iddialarını təmin etməyib.
 
Şeyx Zəkzəki və həyat yoldaşı qətl, qanunsuz toplaşma və ictimai asayişin pozulması daxil olmaqla 8 cinayət üzrə ittiham olunur.
 
Güclü təhlükəsizlik şəraitində dünən (29 sentyabr) səhər məhkəməyə gətirilən İMN lideri, məhkəmədən Kaduna əyaləti hökumətinin onlara qarşı qaldırılan iddiasının sübut olmadığı üçün ləğv edilməsini istəmişdi.
 
Avqustun 7-də sonuncu iclasda sədrlik edən hakim Gideon Kurada növbəti iclası 29 sentyabr 2020-ci il tarixə təyin etmişdi.
 
Hakim bundan sonra Kaduna Dövlət Cəza Məhkəməsi İdarəsinin açıq hökmlərini nəzərə alaraq müttəhimlərə qarşı ittihamların ləğv edilməsi barədə qərar verməyin vaxtının tez olduğunu söyləyərək, iddianı təmin etməyib.
 
Hakim həmçinin qeyd edib ki, şübhəlilərin etiraflarını qəbul edə bildikdən sonra və bütün məsələyə baxıldıqdan sonra bu cür müraciətə qərar verilməlidir.
 
Ancaq Şeyx Zəkzəki və həyat yoldaşı onlara qarşı ittihamları qəbul etməyiblər.
 
Məhkəmə iclasının davam etdirilməsi və ittihamçı vəkilin məhkəmədə sübutlarını təqdim etməsi üçün iş 18 və 19 noyabr 2020-ci il tarixlərinə təxirə salınıb. /deyerler.org /

Google+ WhatsApp ok.ru