İlin birinci yarısında Əfqanıstanda 1200-dən çox dinc sakin öldürülüb

İlin birinci yarısında Əfqanıstanda 1200-dən çox dinc sakin öldürülüb

2020-ci ilin birinci yarısında Əfqanıstanda 1282 dinc sakin öldürülüb, 2 min 176 nəfər yaralanıb.
 
Maide.Az "ABNA"-a istindala xəbər verir ki, bunu BMT-nin Əfqanıstandakı missiyası (UNAMA) iyulun 27-də yaydığı hesabatda bildirib. 
 
Hesabatda bildirilir ki, öldürülənlərin 340, yaralıların isə 727 nəfəri uşaqlardır. 
 
BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi elçisi Deborah Lyons deyib ki, hökumətin Taliban silahlı qruplaşması ilə danışıqlar masası arxasına keçməsi üçün tarixi fürsət yarandığı məqamda döyüşlər davam edir və hər gün dinc sakinlərə dəhşətli ziyan dəyir.
 
Qurbanların 58 faizi üçün Taliban və İŞİD  terror qruplaşması məsuliyyət daşıyır, itkilərin 23 faizinin məsuliyyəti isə hökumətyönlü qüvvələrin üzərinə düşür, hesabatda vurğulanır.
  
 

Google+ WhatsApp ok.ru