Kimlər gündə 8 saatdan az yata bilər?

Kimlər gündə 8 saatdan az yata bilər?

Əksər insanlar üçün yuxu saatlarının azaldılması çox təhlükəlidir.

 
Maide.Az "sputnik"ə istinadla xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutunun yuxu və oyanış neyrobiologiya laboratoriyasının müdiri Vladimir Doroxov deyib.
 
Sputnik radiosuna verdiyi müsahibədə o insan bədənini "səhvlərdən" "düzəltmək" üçün yuxunun lazım olduğunu vurğulayıb.
 
Yuxu yoxdursa, vaxtında "təmir" olmayacaq və sağlamlıqla problemlər başlayacaq.
 
"Yuxu müddətini azaltmaqla iş üçün vaxtınızı artıra bilərsiniz. Bəzən bunu edə bilərsiniz, ancaq uzun müddət etsəniz, sağlamlıqla problemləriniz olacaq. Tədqiqatlar göstərir ki, uzun müddət az yatan insanların ömrü 10-15 il azalır. Bu, bədəndə fərqli "səhvlər" toplandığı üçün baş verir. Hər gecə bədənimizi "təmir etmək" üçün yuxu lazımdır. Gecələr bədəninmizi "təmir etməsək" piylənmə, diabet, ürək problemləri və sair kimi müxtəlif patologiyalar toplanmağa başlayacaq. "- deyə mütəxəssis bildirib.

Google+ WhatsApp ok.ru