Kərbəla şəhidi – Cəfər ibn Əqil

Kərbəla şəhidi – Cəfər ibn Əqil

Cəfər ibn Əqil, Müslim ibn Əqilin qardaşı, anası isə Həvsadır. Həzrət Müslimin oğlu Abdullahın şəhadətindən sonra, o, Bəni-Haşim və Əbutalib övladlarından bir neçə nəfər toplu şəkildə Kufə qoşununa hücum etdi. (“Əbsarul-eyn”, səh.50.)

İmam Hüseyn (ə) onların qartal kimi düşmənə həmləsini müşahidə etdiyi halda buyurdu:

صَبْراً عَلَى الْمَوْتِ يا بَنِي عُمُومَتِي، صَبْراً يا أَهْلَ بَيْتِي وَاللَّهِ لارَأَيْتُم هَواناً بَعْدَ هذَا الْيَوْمِ أَبَداً

Ey mənim əmim oğlanları, səbirli olun! Ey mənim əhli-beytim, dözümlü olun! Bu gündən sonra heç zaman zillət və xarlıq görməyəcəksiniz!” (“Məqtəlul-Huseyn”, Xarəzmi, c. 2, səh.28; “Məlhuf (Lühuf) ”, səh.101; “Əbsarul-eyn”, səh.50.)

Bu əsnada Cəfər ibn Əqil deyirdi:

أَنَا الْغُلامُ الْأَبْطَحِيُّ الطَّالِبِيّ‌

مِنْ مَعْشَرٍ فِي هاشِمٍ وَغالِبٍ‌

وَنَحْنُ حَقّاً سادَةُ الذَّوائِب‌

هذا حُسَيْنٌ أطْيَبُ الْأَطائِب‌

“Mən Məkkədəki Əbtəh ərazisindən, Əbutalibin nəslindən, Haşim qəbiləsindən və qalib bir gəncəm. Həqiqətən, biz böyük şəxslərdən və seyidlərdənik. Bu, pak olan kəslərin ağası Hüseyndir (ə)!

Sonra o, Buşr ibn Xovt Həmdani adlı bir şəxs tərəfindən şəhadətə çatdırıldı. (“Əyanuş-şiə”, c.4, səh.129; “Biharul-ənvar”, c.45, səh.32; “Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.782-783.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru