Çində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb

Çində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb

Çinin Uxan şəhərində Korona virusunun yeni növündən ilk ölüm faktı qeydə alınıb.
 
Bu barədə səhiyyə məsələləri üzrə şəhər Komitəsindən bildiriblər.
 
Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir: "Korona virusunun yeni növünə 41 yoluxma faktı qeydə alınıb. Onlardan iki nəfər artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti stabildir".
 
Qeyd edək ki, dekabrın sonunda yerli hakimiyyət naməlum virusun yayıldığı barədə məlumat verib. Yanvarın 5-i bu xəstəliyə 59 nəfərin yoluxduğu bildirilirdi. Yanvarın 9-u çinli ekspertlər müəyyən edib ki, yayılan Korona virusunun yeni növüdür. /Trend
 

Google+ WhatsApp ok.ru