Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 11 dərəcəyədək enib

Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 11 dərəcəyədək enib

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb.
 
Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb.
 
Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.
 

Google+ WhatsApp ok.ru