Hudeydada vəbaya yoluxanların sayı açıqlandı

Hudeydada vəbaya yoluxanların sayı açıqlandı

Yəmənin Hudeyda şəhərində vəbaya yoluxanların sayı ilə bağlı rəsmi açıqlama verilib. 

 Açıqlamanı paytaxt Sənadakı hökumətə tabe olan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb. 

 Rəsmi açıqlamada vurğulanıb ki, Hudeyda şəhərində 4 min nəfər vəbaya yoluxub.   

Hazırda şəhərdə bütün tədbirlərin görüldüyü lakin buna baxmayaraq mühasirə səbəbilə xəstəliyin sürətlə yayıldığı qeyd olunur. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum edib və ona qurudan, dənizdən və havadan blokada tətbiq edib.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub.
 
Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru