Hindistanda 82 yaşlı müsəlman qadın etirazın sinvoluna çevrilib

Hindistanda 82 yaşlı müsəlman qadın etirazın sinvoluna çevrilib

82 yaşlı Hindistanlı müsəlman qadın Bilkis 2020-ci ilin ən təsirli 100 adamından biri seçilib. 
 
Maide.Az "islam.ru"a istindala  xəbər verir ki, bu barədə The Time jurnalı məqalə dərc edib.
 
Bu yaşlı qadın, müsəlmanların ölkədə yaşamaq hüququndan məhrum ola biləcək mübahisəli Vətəndaşlıq Dəyişikliyi Qanununa etiraz olaraq xalqın səsinə çevrilib. Belə ki, müsəlman qadın üç aydan çoxdur ki, oturaq vəziyyətdədir. Dehlidəki etiraz düşərgəsində bir əlində təsbeh, digər əlində dövlət bayrağı tutaraq aksiyaya qoşulub. 
 
"Bilkis, vətənlərində yaşamaq hüquqlarını müdafiə etdikləri üçün dəmir barmaqlıqlar arxasına atılan və ölkə daxilində dinc etirazlara ilham verən fəallara və tələbə liderlərinə ümid və güc verdi" deyə jurnalist Rana Ayub onun haqqında yazıb. 
Yaşlı qadın jurnalistə "Bu ölkədə, həmçinin dünya uşaqlarının ədalət və bərabərlik havasında nəfəs alması üçün qan damarlarımda durana qədər burada oturacağam" deyə bildirib.
 
Qeyd edək ki, Hindistanda federal parlamentinin 2019-cu ildə qəbul etdiyi mübahisəli vətəndaşlıq qanunları qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq üçün yol açdığı halda, eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.
 
Hindistan müsəlmanları qanun layihəsini dünyanın ən böyük müsəlman əhalisi olan Hindistanı, 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaş etmək və əksəriyyətini vətəndaşlığı olmayan bir adam etmək üçün atdığı addım olaraq görürlər.
 
Qanun layihəsinə qarşı şimal-şərq əyalətlərində etiraz aksiyaları keçirilir . 
 

Google+ WhatsApp ok.ru