Hamı istər-istəməz Ona təslimdir. Bir düşünün!

Hamı istər-istəməz Ona təslimdir. Bir düşünün!

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 83-cü ayəsində buyurur:

أَفَغَيْرَ دِينِ اللّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

 

Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki göylərdə yerdə olanların hər biri istər-istəməz yalnız Ona təslimdir Ona doğru qaytarılacaqdır.”

Peyğəmbərin (s) haqq olmasına iman və şəhadətdən, aşkar möcüzələr və dəlillər gəldikdən sonra yenə kafir olanları Allah necə hidayət etsin?! Allah zalım qövmü hidayət etməz.

İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Bizim Qaimimiz (İmam Mehdi) qiyam edən zaman bütün ölkələrdən « iləhə illəllah, Muhəmməd rəsulullah» şüarı yüksələcək.” (“Təfsiri-Əyyaşi”, c.1, səh.183.)

 

Bildirişlər

1. Hidayət dəlilləri artdıqca və aydınlaşdıqca küfr və etinasızlıq təhlükəli olur.

2. İman gətirmək kifayət deyil. İmanın davamı və xoş aqibət zəruridir. İman gətirmiş insan üçün, daim dindən çıxmaq təhlükəsi var.

3. Müsəlmanlardan bir dəstəsi Həzrət Peyğəmbərin (s) dövründə mürtəd oldu (dindən çıxdı).

4. Haqqa, məntiqə, əqlə, peyğəmbərlərə və aşkar dəlillərə arxa çevirmək zülmdür. Belə zülm ilahi lütf dairəsindən çıxmaq səbəbidir.

5. Zalımların hidayətdən məhrum edilməsi Allahın sünnəsi, qaydasıdır. («La yəhdi» (Allah hidayət etməz) ifadəsi davam və ilahi sünnə nişanəsidir.)

6. Mürtəd üçün tövbə və geriyə dönüş çox çətindir.

7. İlahi hidayətdən bəhrələnmə və ya ondan məhrum olma öz əlimizdədir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 83-cü ayənin təfsiri.)

Maide.az

 

Google+ WhatsApp ok.ru