Hər kim bu surəsini oxusa, sevinəcək

Hər kim bu surəsini oxusa, sevinəcək

Əlli dörd ayədən ibarət olan “Fussilət” surəsi Məkkədə nazil olmuş və Məkkə surələrinin xüsusiyyətlərinə sahibdir. Belə ki, bu surədə də İslam maarifi, etiqadi məsələlər, bildiriş və bəşarətlərə daha çox yer ayrılıb.

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
مَن قَرَأَ حم السَّجدَةَ اُعطِىَ بِعَدَدِ کُلِّ حَرف مِنها عَشرَ حَسَنات
 
“Hər kim “Hа-Mim, Səcdə” surəsini oxusa, Allah-Taala ona onun hər bir hərfinin sayına görə on savab əta edər.”
 
2. İmam Sadiq (ə) buyurmuşdur:
 
مَن قَرَأَ حم السَّجدَةَ کانَت لَهُ نُوراً یَومَ القِیامَةِ مَدَّ بَصَرِهِ وَسُرُوراً وَعاشَ فی هذِهِ الدُّنیا مَغبُوطاً مَحمُوداً
 
“Hər kim “Hа-Mim, Səcdə” surəsini oxusa, bu surə qiyamət günü onun qarşısında nura çevrilib gözünü işıqlandırar, sevincinə səbəb olar və bu dünyada da hamının qibtə edəcəyi layiqli məqama sahib olar.” (“Məcməul-bəyan”, 9-cu cild, səh.2.)
 
Maide.az

Google+ WhatsApp ok.ru