Günün hədisi: İmam Hüseynin (ə) tövsiyəsi

Günün hədisi: İmam Hüseynin (ə) tövsiyəsi

Maide.Az  günün hədisini təqdim edir:
 
Bir nəfər günahdan uzaq olmaq üçün İmam Hüseyndən (ə) öyüd-nəsihət istədikdə, o Həzrət buyurdu:
 
اِفْعَلْ خَمْسَةَ أَشْيَاءَ وَ أَذْنِبْ مَا شِئْتَ فَأَوَّلُ ذَلِكَ لَا تَأْكُلْ رِزْقَ اللَّهِ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الثَّانِي اخْرُجْ مِنْ وَلَايَةِ اللَّهِ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الثَّالِثُ اطْلُبْ مَوْضِعاً لَا يَرَاكَ اللَّهُ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الرَّابِعُ إِذَا جَاءَ مَلَكُ الْمَوْتِ لِيَقْبِضَ رُوحَكَ فَادْفَعْهُ عَنْ نَفْسِكَ وَ أَذْنِبْ مَا شِئْتَ وَ الْخَامِسُ إِذَا أَدْخَلَكَ‏ مَالِكٌ فِي النَّارِ فَلَا تَدْخُلْ فِي النَّارِ وَ أَذْنِبْ مَا شِئْتَ
 
“Bu beş işi yerinə yetir, sonar nə qədər istəsən, günah et:
 
1. Allahın ruzisini yemə, sonra nə qədər istəsən, günah et;
2. Allahın hakimiyyətindən çıx, sonra nə qədər istəsən, günah et;
3. Bir yer tap ki, Allah səni görməsin, sonra nə qədər istəsən, günah et;
4. Ölüm mələyi (Əzrail) sənin canını almağa gəldikdə, onu özündən uzaqlaşdır (və onun əlindən nicat tap), sonra nə qədər istəsən, günah et;
5. Cəhənnəmin maliki səni Cəhənnəmə aparmaq istədikdə, Cəhənnəmə daxil olma, sonra nə qədər istəsən, günah et!” 
 
“Biharul-ənvar”, c.75, səh.116.
 

Google+ WhatsApp ok.ru