Günün hədisi: İnsanın belini qıran amillər 22 Yanvar 2019 08:50 Günün hədisi Maide.Az günün hədisini təqdim edir: İmam Baqir (ə): ثَلاثٌ قَاصِمَاتُ الظَّهْرِ؛ رَجُلٌ اسْتَكْثَرَ عَمَلَهُ وَ نَسِيَ ذُنُوبَهُ وَ اَعْجَبَ بِرَأْيِهِ... “Üç şey insanın belini qırar: 1. Yaxşı əməlini böyük sanmaq; 2. Günahlarını unutmaq; 3. Öz nəzərini mütləq və üstün bilmək”. (“Vəsailuş-şiə”, c. 1, səh. 73). Qısa izah Öz əməllərini üstün hesab edən kəslər tam yəqinliklə ona qane olub öyünür və özlərindən razı olurlar. Bu da onların inkişaf və təkamülü qarşısında böyük maneəyə çevrilir. Günahlarını unudan kəslər də günahlarını xeyir və savab əməllərlə əvəz etmək yerinə, hər gün yeni bir günaha aludə olurlar. Öz fikir və ideyaları ilə kifayətlənən insanlar ictimai təfəkkürdən və fərdlərin elm və təcrübəsindən məhrum olurlar. Nəticədə, mütəmadi şəkildə xətalara bürünür və nəhayət, saysız çətinliklər müqabilində belləri sınır. Maide.az – Maarif bölümü Teqlər : #Günün,#hədisi:,#İnsanın,#belini,#qıran,#amillər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Günün hədisi: Azad insanların ibadəti Günün hədisi:Nalayiq sözlərdən çəkinin