Gündəlik hökmlər: Namaz əsnasında möhrün əldən çıxması

Gündəlik hökmlər: Namaz əsnasında möhrün əldən çıxması

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Namaz əsnasında möhrün əldən çıxması hökmü haqqında  sualına cavabını  təqdim edir:
 
Sual: Əgər namaz əsnasında möhür hansısa bir şəkildə əldən çıxarsa, məsələn, uşaq möhrü götürüb qaçarsa, bu zaman namazqılan şəxsin vəzifəsi nədir?
 
Cavab: Əgər üzərinə səcdə etdiyi şey (məsələn, möhür) namaz əsnasında insanın əlindən çıxarsa və əlinin altında “üzərinə səcdə etməyin düzgün olduğu” başqa bir şey olmazsa, namaz vaxtı geniş olduğu təqdirdə, namazı kəsməlidir. Namaz vaxtı dar olduğu təqdirdə isə, əgər paltarı kətan və ya pambıqdandırsa, həmin paltarın üzərinə səcdə etməlidir. Ehiyata görə, pambıq və kətan paltarın üzərinə səcdə etmək mümkün olduğu halda, başqa bir şeyin üzərinə səcdə edilməməlidir. Əgər əynində belə bir paltar yoxdursa, vacib ehtiyata görə, öz əlinin üstünə səcdə etməlidir.
 

Google+ WhatsApp ok.ru