Güclü istilər Bağdadda hərbi bazada partlayışa səbəb oldu

Güclü istilər Bağdadda hərbi bazada partlayışa səbəb oldu

İraqın paytaxtı Bağdadın cənubunda "Səqr" hərbi bazasında partlayış baş verib. 

 Bu barədə İraq KİV-ləri məlumat yayıb. 

 İraq Daxili İşlər Nazirliyi verdiyi açıqlamada, Bağdadın cənubundakı Federal Polis və "Həşd-Şabi" qüvvələrinə aid "Səqr" bazasında dünən gecə baş verən partlayışlar haqqında məlumat yayıb. 

 Daxili işlər naziri Osman Qənimi bazasda baş verən partlayışların dəqiq səbəbini müəyyənləşdirmək üçün bir araşdırma komissiyası yaratmağı əmr edib. 

 İraq Təhlükəsizlik İnformasiya Agentliyi də dünən gecə Bağdadın cənubundakı hərbi bazada meydana gələn partlayışlar haqqında açıqlama verib:   

"Hadisə yerinə gəldikdən sonra, yüksələn temperatur və uyğun olmayan saxlama səbəbiylə federal polis texnikası və silah anbarında partlayış müşahidə edilib. Bunu ehtiva etmək üçün mühəndislik və yanğınsöndürmə işləri aparılır və qüvvələr hələ də hadisə yerindədir".   

Qeyd edək ki, artıq bir neçə gündür ki, Bağdadda temperatur 50 dərəcəyədək yüksəlir.   /eastnews.org/ 

Google+ WhatsApp ok.ru