Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı yeniyetmə vəfat etdi

Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı yeniyetmə vəfat etdi

Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan şəxslərdən daha biri vəfat edib.
 
Maide.Az  xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
 
Qeyd olunur ki, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.
 
Qeyd edək ki, Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 14 mülki şəxs şəhid olmuş, 55 nəfər xəsarət almışdı. 
 

Google+ WhatsApp ok.ru