Fransada yol qəzasında bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü ağır yaralanıb 21 İyul 2020 09:25 Hadisə Fransanın cənub-şərqində yerləşən Drome bölgəsində baş verən yol qəzasında “Renault Scenic” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin 9 üzvündən 5-i ölüb, 4-ü isə ağır yaralanıb. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat yayıb. Bildirilib ki, axşam 7 radələrində qeydə alınan hadisə zamanı ölənlərin 5-i də uşaq olub. Avtomobil aşdıqdan sonra alovlanıb. 4 nəfər avtomobildən çıxa bilsələr də ciddi yanıq xəsarətləri alıblar. Dərhal hadisə yerinə 50-dən çox yanğınsöndürən və 3 vertolyot cəlb edilib. Yaralılar vertolyotla xəstəxanaya aparılıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin əyləcində problem olub. Faktla bağlı istintaq başladılıb. Teqlər : #Fransada,#yol,#qəzasında,#bir,#ailənin,#üzvündən,#ölüb,#4ü,#ağır,#yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hərbçilərimiz qəzaya düşüb, qərargah rəisi ölüb Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib