Fələstində  ‘Qəzəb günü ’ elan olunub - YENİLƏNİB

Fələstində ‘Qəzəb günü ’ elan olunub - YENİLƏNİB

19.09.2020  18:46
 
Minlərlə fələstinli bu həftə cümə namazından sonra Əl-Əqsa məscidində BƏƏ və Bəhreyn rejiminin sionist rejimlə xain razılaşmasına etiraz ediblər.
 
Nümayişçilər əllərində müqaviləni pisləyən plakatlar tutaraq, işğalçı sionist rejimin hiylələrinə qarşı Əl-Əqsa məscidinə dəstək çağırışları səsləndiriblər. Nümayiş Milli Müqavimət Birliyinin rəhbərliyinin dəvəti ilə keçirilib.
 
Fələstin Milli Müqavimət Birliyinin rəhbərliyi keçən cümə gününü Əl-Əqsa məscidində BƏƏ və Bəhreyn rejiminin sionist rejimlə xain razılaşmasına qarşı xalqın qəzəb günü elan etmiş və Fələstin ictimaiyyətini Qərb Sahilində keçiriləcək fəaliyyətlərdə və mərasimlərdə izdihamlı şəkildə iştirak etməyə dəvət etmişdi. 
 
 
***
Fələstin Milli Müqavimət Birliyinin rəhbərliyi  BƏƏ və Bəhreynin Sionist rejim ilə münasibətləri normallaşdırmaq barədə əldə etdiyi razılaşmaya etiraz olaraq “Qəzəb günü” elan edib. 
 
Maide.Az Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, bu çağırışda Fələstinin hər yerindəki məscid imamlarından cümə xütbələrində işğalçı rejimlə əlaqələrin normallaşması və ərəb hökmdarlarının Fələstin xalqına xəyanət məsələsi haqqında çıxışlar edilməsi istənilib. 
 
Bundan başqa Fələstin xalqından istənlib ki, xain razılaşmanı pisləmək üçün işğal olunmuş ərazilərin müxtəlif yerlərində qara bayraqlar qaldırılsın. 
 
Digər tərəfdən, xalq komitələri Fələstin ictimaiyyətini Sionist rejimə qarşı ayağa qalxmağa və İordan çayının qərb sahilinin müxtəlif yerlərində işğalçılarla qarşı aksiyalar keçirməyə çağırıb. 
 

Google+ WhatsApp ok.ru