Şeyx Zəkzakinin son durumu: 'Nigeriya hökuməti Zəkzakini öldürməyə çalışır'

Şeyx Zəkzakinin son durumu: 'Nigeriya hökuməti Zəkzakini öldürməyə çalışır'

Yanvarın 9-da bir qrup fəal Nigeriya şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki ilə görüşüb və  Zəkzakinin sağlamlığının  həddən artıq pisləşdiyini açıqlayıb.
 
Maide.Az "hawzahnews"a istinadla xəbər verir ki, bu barədə Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzakinin ofisi yayımladığı bəyanatda bildirilir. 
 
 
Bəyanatda bildirilir: 
 
“Öncədən elan etidyimiz kimi, hələdə həbsxana işçiləri Şeyx Zəkzakinin həkimlər tərəfindən müayinəsinə əngəl yaradır.  Bu səbəbdən Şeyx Zəkzakinin  səhhətinin nə qədər  ağır olduğunu bilmək  çətindir.  Heç şübhəsiz zalim hökumət  Şeyx Zəkzakinin  xəstəliyini gizlətmək  və onun taleyini məhkəmədə həll etmək istəyir.  Bu səbəbdən prokror xanım Aşiyə Diko  Şeyx Zəkzakinin taleyi ilə bağlı hökumətin deyil,  məhkmənin qərar verməli olduğunu açıqlayıb. Onların əsas məqsədi  məhkəmə tərəfindən Şeyx Zəkzakini günahkar tanınması və ölümünə qərar verilməsinə çatmaqdır. Bunun üçün bəhanələr axtarırlar.   Bu ədalətsiz iddialar çox təhlükəlidir və Nigeriya  üçün geridönüşü olmayan bir ziyan gətirəcək”. 
 
Bəyanatda bütün ölkə daxili və xaricində olan fəallar və qruplardan istənilib ki,  Şeyx Zəkzaki və onun həyat yoldaşının  azadlığıa buraxılması üçün Nigeriya hökumətinə lazimi təzyiq göstərsinlər. 
 
"Biz beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırırıq. Şeyx Zəkzaki xəstəxanada xəstəliyinə görə ölərsə, məsuliyyəti hakimiyyətin və beynəlxalq qurumların üzərindədir"
 
Qeyd edək ki,17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.  
 
Bir müddət öncə Şeyx Zəkzakinin Hindistanda müaəlicəsinə icazə verilsə də  Nigeriya hökumətinin təzyiqi ilə  yenidən ölkəyə geri qaytarılıb. 
 
2019-cu ilin dekabr ayında  Şeyx Zəkzaki və onun həyat yoldaşı  Malam Zinət hökumət qüvvələrinin nəzaritndə olan  həbsxanaya yerləşdirilib.  Burada isə  onun müalicəsi aparılmır, lazım olan dərmanlarla təmin olunmur. 
 

Google+ WhatsApp ok.ru