Erməni təcavüzü nəticəsində daha bir mülki sakin şəhid oldu  - RƏSMİ

Erməni təcavüzü nəticəsində daha bir mülki sakin şəhid oldu - RƏSMİ

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
 
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
 
Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində 65 yaşayış evi, beş mülki obyekt yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub:
 
“Dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 29.09.2020-ci il tarixdə saat 13 radələrində Ağdam rayonu, Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu şəhid olub, məntəqənin binası dağılıb, ərazidəki sakinlər təxliyyə edilib”. 

Google+ WhatsApp ok.ru