DİQQƏTLİ ORUC

Oruc təqva amilidir, təqvanı formalaşdıran amildir. Bir şərtlə ki, oruc diqqətlə yanaşı olsun. Oruc yalnız bu deyil ki, insan yeməsin, içməsin. Oruc bir növ ruhu yetişdirməkdir. Siz ruhunuzu orucla yetişdirə bilərsiniz. Təmizlənə, paklana bilərsiniz. 
Böyük bir ibadət sayılan zəkat və "infaq" da cisim və ruha malikdir. “Nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (cənnətə) qovuşanlardır!” ("Həşr", 9) Bu zəkat daxilimizdəki xəsisliyimizi aradan qaldırır. Dünya malına, dünya bər-bəzəyinə olan meylimizi, bağlılığımızı aradan qaldırır. Bu zəkat, yaxşı zəkatdır. 
 
İRTİCANIN YARANMASINA SƏBƏB
 
Əgər namaz və oruc diqqətli, insanı oyadacaq zikr olarsa, o zaman günü-gündən İslam məqsədlərinə doğru irəliləyən müsəlman olacaq. Əgər bəzi cəmiyyətlərdə İslam məqsədlərinə yaxınlaşmayan, əksinə, uzaqlaşan müsəlmanlar görsəniz bilin ki, eyblərindən biri buradadır. Ola bilər çoxlu eybləri olsun. Amma biri budur. 
Əgər ibadət halında diqqət olmasa ibadət ruhu, yəni bəndəlik, Allahla ünsiyyət bağlamaq, ona təslim olmaq diqqətə alınmasa, o zaman insanın yolunun üstündə müxtəlif təhlükələr duracaq və irtica onlardan biridir. 
Adını çox eşitdiyimiz xəvaric elə ibadət edirdi, Quran ayələrini elə əhval-ruhiyyə ilə oxuyurdu ki, hətta Əmir əl-Mömininin (ə) səhabələri təsir altına düşürdülər. Cəməl döyüşü ərəfəsində Əmir əl-Mömininin (ə) səhabələrindən biri keçərkən xəvaricdən biri ibadətlə məşğul idi və gecəyarısı "Zumər" surəsinin 9-cu ayəsini xoş avazla oxuyurdu. “Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” Səhabə təsirləndi və Əmir əl-Möminin (ə) yanına gəldi. Hətta ayıq, fərasətli, agah insanlar da – İmamın səhabələrinin əksəriyyəti belə idi – səhv edir, yanılırdılar. 
 
TƏQVALI CƏMİYYƏTİN MƏZİYYƏTLƏRİ
 
Əgər bir xalq və ya fərd təqvalı olsa, bütün dünya və axirət xeyirlərini özünə cəlb edəcəkdir. Təqvanın faydası yalnız Allahın razılığını cəlb etmək, qiyamətdə ilahi behiştə nail olmaq deyil. Təqvalı insan təqvanın xeyrini dünyada da görür. Dünya izzətini də əldə edir. Allah dünya məsələlərində də ona bilik və mərifət verir. Təqva yolunda hərəkət edən cəmiyyətin yaşam mühiti sağlam, sevgi dolu, cəmiyyəti təşkil edən fərdlər arasında həmkarlıqla birgə olur.
 
DÜNYA VƏ AXİRƏT XOŞBƏXTLİYİNİN AÇARI
 
Təqva dünya və axirət xoşbəxtliyinin açarıdır. Müxtəlif şəxsi və ictimai çətinliklərdən, problemlərdən inildəyən azğın bəşəriyyət təqvasızlığın, qəflətin, diqqətsizliyin, ehtirasların yaratdığı bataqlıqda boğulmağın acısını çəkir. Geri qalmış cəmiyyətlərin halı bəllidir. Dünyanın inkişaf etmiş cəmiyyətlərinin bəzi cəhətlərdən xoşbəxtliyə malik olmalarına baxmayaraq, - bu da onların bəzi dünya məsələlərində ayıq olmalarından irəli gəlir – bir çox ölümcül problemlərlə üz-üzədir ki, onların yazıçıları, natiqləri və sənətçiləri bu gün min dil ilə bunu bəyan edirlər. 
 

Google+ WhatsApp ok.ru