Dünyada ən az və ən çox hərəkət edən insanlar harada yaşayır

Dünyada ən az və ən çox hərəkət edən insanlar harada yaşayır

ABŞ-da alimlər dünya miqyasında insanların smartfonları vasitəsilə atdıqları addımlara dair məlumatları toplayaraq, nə qədər hərəkət etdiklərini müəyyən ediblər.
 
68 milyon günə təsadüf edən dəqiqə-dəqiqə ölçülmüş məlumatlara görə, dünya miqyasında gündə orta hesabla 4961 addım atılır.
 
Siyahıda birinciliyə gündəlik 6880 addımla Honq-Konq sahib olub. Siyahının ən aşağı pilləsində isə 3513 addımla İndoneziya qərar tutub.
 
Stanford Universitetinin təhlil etdiyi məlumatların, eyni zamanda köklüklə mübarizəyə dair yeni proqnozlar təqdim etdiyi bildirilir.
 
Smartfonların əksəriyyətində addımları qeydə alan saat var. Araşdırma “Argus” hərəkətin monitorinqi praqramını istifadə edən 700 min insanın məlumatlarına əsaslanır.
Tədqiqatçılardan Skot Delp belə bir açıqlama ilə çıxış edib: "Araşdırma insanların hərəkətinə dair indiyə qədər keçirilmiş hər hansı bir araşdırmadan min dəfə daha böyükdür. Edilən möhtəşəm araşdırmalar var, amma bu yeni araşdırmamız daha çox ölkədən, daha çox subyektdən daxil olan məlumatları ehtiva edir və insanların hərəkətlərini davam edən prosesdə təqib edir".
 
Araşdırmada iştirak edən bəzi ölkələrdəki orta hesabla addım sayı aşağıdakı kimidir.
Çin - 6189
Yaponiya - 6010
İspaniya - 5936
Böyük Britaniya - 5444
Braziliya - 4289
Birləşmiş Ərəb Əmirlikləri - 4516
Tədqiqatçılar nəticələrin insan sağlamlığının yaxşılaşdırılmasının mahiyyətini dərk etmək istiqamətində mühüm məlumatlar çatdırdığını deyir. Bir ölkədə orta hesabla atılan addım sayının köklük sahəsində o qədər də rol oynamadığı bildirilir.
Mühüm olan amil isə, hərəkət bərabərsizliyidir. Bir ölkədə insanlar arasında addım sayının fərqi nə qədər yüksəkdirsə, köklük nisbətləri də o qədər yüksək olur.
 
Araşdırmaçılardan Tim Althoff belə deyir: “Məsələn, İsveç hərəkət baxımından zəngin və hərəkət baxımından yoxsul insanlar arasındakı fərqin ən az olduğu ölkələrdən biridir. Eyni zamanda ən az köklük nisbətlərindən birinə malikdir”.
 
ABŞ və Meksikanın ortala hesabla addım sayının oxşar olduğu, ancaq ABŞ-da hərəkət bərabərsizliyinin və köklük nisbətlərinin daha yüksək olduğu bildirilir.
 
Tədqiqatçılar qadın və kişilər arasında hərəkət bərabərsizliyi baxımından da fərqlərin olduğunu deyir.
Aşağı nisbətdə köklük və hərəkət bərabərsizliyinin rast gəlindiyi Yaponiya kimi ölkələrdə qadın və kişilər oxşar sayda addım atır.
 
Ancaq bərabərsizliyin yüksək olduğu ABŞ və Səudiyyə rejimi kimi ölkələrdə, daha az addım atanların əksəriyyətinin qadın olduğu görünür.
 
Alimlərdən Yuri Leskovets isə belə danışıb: "Hərəkət bərabərsizliyi çox olduqda, qadınların hərəkət etmə meyli kişilərdən daha çox aşağı göstərir, bu səbəblə də köklüyün mənfi təsirləri qadınlara daha çox təsir edir”. (deyerler) /

Google+ WhatsApp ok.ru